İspaniya millisi ardıcıl 19 oyundur məğlub olmur
16.10.2024 - 13:55
İspaniya millisi ardıcıl 19 oyundur məğlub olmur

İspaniya millisi UEFA Millətlər Liqasında Serbiyanı məğlub edərək (3:0) məğlubiyyətsizlik seriyasını davam etdirib.

Apasport.az xəbər verir ki, Luis Fuentenin komandası Aymerik Laporte, Alvaro Morata və Aleks Baenanın dəqiq zərbələri ilə rəqiblərini üstələyib. 

Yoldaşlıq görüşləri istisna olmaqla, ispanlar ardıcıl 19 oyundur ki, məğlub olmurlar.

Komanda bu oyunlardan 17-də qalib gəlib, 2-də heç-heçə edib.

İspaniya sonuncu dəfə ötən ilin martında şotlandlara məğlub olub - 2:0.

0