"Mançester Yunayted" Bundesliqa ulduzu uğrunda mübarizədə liderdir
16.06.2025 - 11:53
"Mançester Yunayted" Bundesliqa ulduzu uğrunda mübarizədə liderdir

“Mançester Yunayted” “Ayntraxt Frankfurt”un hücumçusu Uqo Ekitike uğrunda mübarizədə rəqiblərini qabaqlayır.

Apasport.az “Bild”ə istinadla xəbər verir ki, “Mançester Yunayted” hazırda “Ayntraxt”la fransız futbolçu ilə bağlı danışıqlar aparan yeganə klubdur. Hücumçu özü də mankunianlılara qoşulmaq istəyir.

"Liverpul" və "Çelsi" də 22 yaşlı futbolçunun transferində maraqlıdır.

"Transfermarkt" Ekitikenin transfer dəyərini 75 milyon avro olaraq qiymətləndirsə də, "Ayntraxt" 100 milyon avro istəyir.

Qeyd edək ki, ötən mövsüm futbolçu 48 matçda 22 qol vurub və 12 məhsuldar ötürmə edib.