
“Əl-Nəsr”in müdafiəçisi Aymerik Laport Avropaya qayıtmaqda israrlıdır.
Apasport.az xəbər verir ki, “Marsel” ispan futbolçu ilə yaxından maraqlıdır.
Bu barədə “Footmercato” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, hazırda Fransa klubunun rəsmiləri Aymeriklə bu barədə danışıqlar aparır.
“Marsel” Çempionlar Liqasına vəsiqə qazanarsa, yayda Laport bu klubun futbolçusu olacaq.
Xatırladaq ki, "Əl-Nəsr" Laportu 2023-cü ildə "Mançester Siti"dən 27,5 milyon avroya heyətinə qatmışdı.
Qeyd edək ki, İspaniya millisinin üzvü bu mövsüm komandası ilə birgə çıxış etdiyi 30 rəsmi oyunda 5 qolla yadda qalıb. Onun komanda ilə müqaviləsi 2026-cı ildə başa çatacaq.