Kenan Yıldız “Yuventus”u xilas etdi
27.10.2024 - 23:21

İtaliya A Seriyasında IX tur davam edir.
Apasport.az xəbər verir ki, bu gün daha 4 matç baş tutub.
Turun mərkəzi görüşü Milanda keçirilib. "İnter" "Yuventus"u qəbul edib.
Tərəflərin hərəyə 4 qol vurduğu matçda qalib müəyyənləşməyib. Turinlilərin 2 topuna Kenan Yıldız imza atıb.
Qeyd edək ki, "İnter" 18 xalla turnir cədvəlində 2-ci, "Yuventus" isə 17 xalla 3-cü pillədə qərarlaşır.
İtaliya A Seriyası
IX tur
27 oktyabr
"Parma" - "Empoli" - 1:1
"Latsio" - "Cenoa" - 3:0
"Montsa" - "Venesiya" - 2:2
"İnter" - "Yuventus" - 4:4
0
0