“Kokain az qala həyatıma son qoyacaqdı” - Jardeldən şok etiraf
12.11.2026 - 14:06
“Kokain az qala həyatıma son qoyacaqdı” - Jardeldən şok etiraf

“Qalatasaray”ın sabiq hücumçusu Mario Jardel futbolçu karyerası dövründə yaşadığı ağır günlərdən danışıb.

Apasport.az xəbər verir ki, braziliyalı keçmiş futbolçu İtaliyanın “La Gazzetta dello Sport” nəşrinə açıqlamasında narkotik istifadəsi səbəbindən ölümlə üz-üzə qaldığını etiraf edib.

Jardel yay tətilində başına gələn hadisəni xatırlayıb:

“Bir dəfə yay tətilində idim. Həmin dövrdə dopinq yoxlamalarının keçirilmədiyini bildiyim üçün kokain istifadə edə biləcəyimi düşünürdüm. Bu maddə mənə özümü canlı hiss etdirirdi. Bir dəfə düz bir həftə gözümə yuxu getmədi. Daha sonra həddindən artıq doza qəbul etdim və az qala həyatımı itirəcəkdim. Yanımda olan dostum məni ölümdən xilas etdi”.

Veteran futbolçunun narkotik asılılığı ilə bağlı problemləri futbolçu karyerasına da ciddi təsir göstərib. O, daha əvvəl verdiyi açıqlamalarda bu asılılıqdan qurtulmaq üçün uzun müddət mübarizə apardığını bildirmişdi.

Qeyd edək ki, Mario Jardel 2000/2001 mövsümündə “Qalatasaray”da çıxış edib. O, İstanbul təmsilçisinin 2000-ci ildə “Real Madrid”i 2:1 hesabı ilə məğlub etdiyi UEFA Superkuboku finalında hər iki qolun müəllifi olub. Ulduz futbolçu karyerası ərzində “Portu”, “Sportinq” və “Bolton” kimi klubların da formasını geyinib.