"Liverpul" yeni müdafiəçi transfer etməyə yaxındır
26.05.2025 - 08:33

"Bornmut"un sol cinah müdafiəçisi Miloş Kerkez yay transfer pəncərəsində "Liverpul"a keçməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
İngiltərə çempionu artıq qarşı tərəflə razılaşma əldə edib.
Mersisaydlılar 21 yaşlı futbolçunun transferi ilə bağlı "Bornmut"la birbaşa danışıqları davam etdirir. Tərəflər müqavilə bağlamaq üçün bu həftə yenidən görüşəcəklər.
"Transfermarkt" futbolçunun dəyərini 35 milyon avro olaraq qiymətləndirir.
0
0