"Liverpul"dan rekord məbləğdə müqavilə
23.10.2024 - 15:36
"Liverpul"dan rekord məbləğdə müqavilə

"Liverpul"un baş məşqçiləri Almaniyanın "Adidas" şirkəti ilə əməkdaşlığa razılaşıblar.

Apasport.az "Football Insider" nəşrinə istinadla xəbər verir ki, bu,klub tarixində ən böyük müqavilə olacaq.

Tərəflər 5 illik sövdələşmə imzalayacaqlar. "Qırmızılar" hər il təxminən 60 milyon funt-sterlinq (72 milyon avro) qazanacaqlar.

Klub gələn ilin yayında "Nike"la müqaviləsi başa çatdıqdan sonra "Adidas"la işləməyə başlayacaq.

"Liverpul" İngiltərə Premyer Liqasında yeni mövsümə uğurlu başlayıb. 8 turdan sonra Arne Slotun komandası 21 xal toplayıb və ölkə çempionatının turnir cədvəlində birinci yerdədir.
 

0