
"Qarabağ"la oyunumuz ağır olacaq".
Apasport.az xəbər verir ki, bu sözləri "Ludoqorets"in futbolçusu Deroy Duarte deyib.
Yarımmüdafiəçi Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ"la bugünkü matç barədə fikirlərini söyləyib: "Rəqib çox güclü komandadır. Amma bizim də üstünlüyümüz var ki, evdə oynayırıq. Düşünürəm ki, növbəti dəfə bu komandanı məğlub etmək üçün kifayət qədər yüksək keyfiyyətlərə malikik. Amma aydındır ki, heç nə asan olmayacaq. Biz bunu bilirik və səylə məşq etmişik. Buna görə, məndə müsbət nəticəyə inam böyükdür".
Qeyd edək ki, bu gün keçiriləcək "Ludoqorets" – "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
- “Real” azarkeşləri Mbappeni fitə basdı
- "Milan" rəhbərliyi portuqallarla vidalaşır: Konseysao yolun sonunda
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?