Luis Enrikenin taleyinə aydınlıq gəlib
17.10.2024 - 22:31

PSJ-nin baş məşqçisi Luis Enrikenin taleyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, klub onunla yeni müqavilə imzalayıb.
Fransa təmsilçisi 54 yaşlı ispaniyalı ilə sözləşməni 2027-ci ilin iyun ayına qədər uzadıb. Məlumatın yaxın günlərdə klub tərəfindən rəsmi açıqlanacağı gözlənilir.
Qeyd edək ki, mütəxəssis 2023-cü ilin yayından PSJ-ni çalışdırır.
0
0