Lunin gələcəyi ilə bağlı qərar verib
09.05.2024 - 13:31

Ukraynalı qapıçı Andrey Lunin karyerasını "Real Madrid"də davam etdirməyə yaxındır.
Apasport.az xəbər verir ki, bu barədə “Todofichajes” portalının səhifələrində məlumat verilib.
Mənbənin məlumatına görə, qolkiper “Mançester Yunayted” və PSJ-nin təkliflərinə baxmayaraq, İspaniyada qalmaq qərarına gəlib.
La Liqa təmsilçisinin gələn həftə futbolçu ilə yeni müqavilə imzalayacağı gözlənilir.
0
0