"Mançester Siti"də ciddi itki
22.11.2024 - 23:03

"Mançester Siti"də ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Mateo Kovaçiç zədələnib.
Bunu "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola açıqlayıb. O, bildirib ki, xorvatiyalı futbolçu 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Mançester Siti" Mateo Kovaçiçi ötən ilin yayında "Çelsi"dən transfer edib.
0
0