“Mançester Yunayted”də ciddi itki
17.10.2024 - 23:12
“Mançester Yunayted”də ciddi itki

"Mançester Yunayted"də ciddi itki baş verib.

Apasport.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Kobbi Meynu zədələnib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 19 yaşlı futbolçu bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, futbolçu mançesterlilərin öz yetirməsidir.

0