“Mançester Yunayted”dən “İnter”ə
30.05.2024 - 20:42

Müdafiəçi Aaron Van-Bissaka "Mançester Yunayted"i tərk edə bilər.
Apasport.az xəbər verir ki, "İnter" ingilis futbolçu ilə yaxından maraqlanır. Potensial transfer təxminən 10 milyon funt-sterlinq dəyərində ola bilər.
26 yaşlı oyunçu bu mövsüm “qırmızı şeytanlar”ın heyətində İngiltərə Premyer Liqasında 22 oyun keçirib və 2 məhsuldar ötürmə verib.
0
0