"Mançester Yunayted"in yarımmüdafiəçisi zədələnib
17.10.2024 - 00:58

"Mançester Yunayted"də ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, komandanın futbolçusu Manuel Uqarte zədələnib.
O, Uruqvay millisinin Ekvadorla matçında (0:0) sıradan çıxıb. Yarımmüdafiəçi ayağından xəsarət alıb və oyunu davam etdirə bilməyib.
Orta sahə oyunçusunun durumu bəlli deyil. Onun vəziyyətinə tibbi müayindən sonra aydınlıq gələcək.
Qeyd edək ki, "Mançester Yunayted"in heyətində 5 rəsmi matçda meydana çıxıb.
0
0