Memfis Depay Braziliya klubunda
10.09.2024 - 11:51

Braziliya klublarından "Korintians" Memfis Depayı heyətinə qatıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliya klubunun verdiyi açıqlamada Depay ilə 31 dekabr 2026-cı ilə qədər müqavilə imzalandığı bildirilib.
PSV-nin aşağı yaş qrupunda yetişən futbolçu “Mançester Yunayted”, “Lion”, “Barselona” və “Atletiko Madrid” klublarında çıxış edib.
Hollandiyalı mərkəz hücumçusu ötən mövsüm "Atletiko"nun heyətində 31 matçda iştirak edib, 9 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Real” azarkeşləri Mbappeni fitə basdı
- "Milan" rəhbərliyi portuqallarla vidalaşır: Konseysao yolun sonunda
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?
0
0