Messi 3 oyunluq fasilədən sonra meydana qayıtdı, fərqləndi
14.03.2025 - 08:36
Messi 3 oyunluq fasilədən sonra meydana qayıtdı, fərqləndi

Messi fasilədən döndü

"İnter Mayami"nin hücumçusu Lionel Messi növbəti dəfə fərqlənib.

Apasport.az xəbər verir ki, 37 yaşlı futbolçu üç oyunluq fasilədən sonra meydana qayıdaraq fərqlənib. 

Lionel Messi "İnter Mayami"də qol vurdu

Argentinalı “Kavaler”lə (2:0) matçın 53-cü dəqiqəsində ehtiyat skamyasından meydana çıxıb və əsas vaxtda komandasının ikinci qoluna imza atıb.

Beləliklə, Messi "İnter Mayami"dəki qollarının sayını 37-yə çatdırıb.

Ümumilikdə, ulduz forvard karyerası ərzində 853 qol vurub ki, bu da 927 qol vuran Kriştiano Ronaldodan sonra ikinci ən yüksək göstəricidir. Lakin Lione “qol+assist” sisteminə görə 1234 xalla liderdir.