
İtaliya Seriya A klublarından “Milan”da baş məşqçi Paulo Fonseka ilə yollar ayrıla bilər.
Apasport.az xəbər verir ki, “Milan” rəhbərliyində bir neçə üzv mütəxəssisin istefaya göndərilməsini istəyir.
Komanda Çempionlar Liqasının I turunda azarkeşləri önündə “Liverpul”a uduzub – 1:3. “Milan” A Seriyasının V turunda “İnter”ə də məğlub olsa, Fonseka qovula bilər.
Portuqaliyalı məşqçi bu ilin yayında komandaya baş məşqçi təyin edilib. “Qırmızı-qaralar” onun başçılığı altında 5 oyunda cəmi 1 qələbə qazanıb, 2 heç-heçə edib.
Qeyd edək ki, bundan öncə İtaliya Seriya A klublarından "Roma" baş məşqçisi Daniel De Rossi ilə yollarını ayırıb.