Montella: "Futbolçularımın "türk ürəyi" ilə oynamaları məni qürurlandırır"
15.10.2024 - 09:58
Montella: "Futbolçularımın "türk ürəyi" ilə oynamaları məni qürurlandırır"

UEFA Millətlər Liqasında Türkiyə millisi tarixində ilk dəfə İslandiyanı səfərdə məğlub edib.

Apasport.az xəbər verir ki, qrup liderliyini davam etdirən millinin baş məşqçisi Vinçenzo Montella qələbəni dəyərləndirib:

"Komandaya gəldiyim gündən bəri ən çox həzz aldığım qələbələrdən biridir. Niyə bu qədər sevinirik? Çünki şərtlərə baxanda, bizi geri salacaq, oyunumuza mənfi təsir edəcək nüanslar çox idi. Qapıya 24 zərbəmiz var idi, onlardan 4-ü qolla nəticələndi. Bu gün ən pis halda ikinciliyi təmin etdik. Amma lider qalmaq, birinci olmaq istəyirik. Futbolçularımın "türk ürəyi" ilə oynamaları məni qürurlandırır. 4 fərqli oyunçu ilə 4 qol vurduq. Komanda ruhu bu cür nəticələrin yaranmasına səbəb olur. Hədəfimizə yaxınlaşırıq. A Liqasına çıxmaq istəyirik. Düzgün yoldayıq".

Qeyd edək ki, Türkiyə millisi noyabrın 16-da Uelsi qəbul edəcək. 

0