Naço "Real"da qalmaq istəyir
23.05.2024 - 12:18
Naço "Real"da qalmaq istəyir

"Real Madrid"in müdafiəçisi və kapitanı Naço Fernandes gələcəyi ilə bağlı qərar verib.

Apasport.az “Marca” qəzetinə istinadla xəbər verir ki, 34 yaşlı futbolçu növbəti mövsümdə də “kral” klubunda qalmaq istəyir.

Tərəflər danışıqlar apararaq müqavilə müddətinin 1 il uzadılması barədə razılığa gəliblər. Tərəflər arasında mövcud müqavilə cari mövsümün sonunda başa çatır.

Cari mövsümdə müdafiəçi "Real Madrid" forması ilə 41 matçda iştirak edib, 1 məhsuldar ötürmə edib.
 

0