"Napoli" "Milan"ın yarımmüdafiəçisini heyətinə qatacaq
11.06.2025 - 09:56
"Napoli" "Milan"ın yarımmüdafiəçisini heyətinə qatacaq

"Milan"ın futbolçusu Yunus Musa komandasını dəyişməyə yaxındır.

Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin sözlərinə görə, ABŞ millisini təmsil edən mərkəz yarımmüdafiəçisi "Napoli" ilə müqavilə imzalamağa çox yaxındır. Tərəflər arasında şifahi razılıq əldə olunub. 

Neapolluların baş məşqçisi Antonio Konte bu transferlə şəxsən maraqlanır.

22 yaşlı Musa ötən mövsüm 40 matçda meydana çıxıb və 3 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı futbolçunun dəyərini 22 milyon avro olaraq qiymətləndirir.