Neymar milliyə dəvət alıb
06.03.2025 - 22:23
Neymar milliyə dəvət alıb

Neymar uzun fasilədən sonra Braziliya yığmasına dəvət alıb.

Apasport.az xəbər verir ki, 33 yaşlı forvard DÇ-2026-nın seçmə mərhələsində çıxış etmək imkanı qazanıb.

Bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb.

Neymar millidə son olaraq nə zaman çıxış edib?

O, sonuncu dəfə 2023-cü il oktyabrın 18-də "pentakampeonlar"ın heyətində meydana çıxıb. Neymarın 1 hissə oynadığı qarşılaşmada braziliyalılar Uruqvay yığmasına 0:2 hesabı ilə uduzublar.

Xatırladaq ki, ulduz futbolçu yanvarın sonunda "Əl-Hilal"dan "Santos"a transfer olunub.

Qeyd edək ki, Braziliya millisi martın 21-də Kolumbiya, 25-də isə Argentina komandaları ilə qarşılaşacaq.