Ölmədən məzara qoydular - Bolqarıstanda kuryoz hadisə
18.03.2025 - 13:48
Ölmədən məzara qoydular - Bolqarıstanda kuryoz hadisə

Futbol üzrə Bolqarıstan Birinci Liqasında "Arda" doğma meydanda "Levski Sofiya"nı (1:1) qəbul edib. 

Apasport.az xəbər verir ki, qarşılaşma maraqlı hadisə ilə yadda qalıb. 

Belə ki, matçın start fitindən öncə keçmiş futbolçu Petko Qançev üçün 1 dəqiqəlik sükut elan edilib. Lakin görüşün fasiləsində Qançevin ölmədiyi və sağ olduğu üzə çıxıb.

Bundan sonra "Arda" klubu üzr mesajı yayıb:

"Məlumat yanlışdır. Qançev sağdır. Ona sağlam ömür arzulayırıq".

Qeyd edək ki, 79 yaşlı Qançev 5 il "Arda"da çıxış edib və 120-yə yaxın qola imza atıb.