Osimhen “Çelsi”nin hədəfində
30.09.2024 - 22:27
Osimhen “Çelsi”nin hədəfində

"Qalatasaray"ın hücumçusu Viktor Osimhen komandanı tərk edə bilər.

Apasport.az xəbər verir ki, o, karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır..

"Çelsi" "Napoli"yə məxsus olan nigeriyalı forvardı transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

London klubu mövsümün əvvəlində heyətinə qatama bilmədiyi futbolçunu transfer etmək üçün gələn yay yenidən cəhd göstərəcək.

 

0