"Panatinaikos" Fakundo Pellestrini heyətinə qatıb
21.08.2024 - 21:37

Yunanıstanın "Panatinaikos" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, klub "Mançester Yunayted"dən Fakundo Pellestrinin transferini rəsmiləşdirib.
Yunanlar "qırmızı şeytanlara" 6 milyon avro ödəyəcək. Müqavilədə bonuslar da yer alıb.
Qeyd edək ki, "Panatinaikos" Pellestrinin gələcəkdəki satışından ingilislərə 45 faiz pay ödəyəcək.
0
0