PSJ-nin əsas oyunçusu Səudiyyə Ərəbistanına keçə bilər
10.06.2025 - 09:37
PSJ-nin əsas oyunçusu Səudiyyə Ərəbistanına keçə bilər

PSJ-nin yarımmüdafiəçisi Fabian Ruiz "Əl-Nəsr"in maraq dairəsinə düşüb.

Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Səudiyyə klubu 29 yaşlı futbolçunu əsas transfer hədəflərindən biri kimi müəyyənləşdirib.

PSJ isə ispaniyalını satmağı planlaşdırmır, çünki baş məşqçi Luis Enrike onu komandası üçün vacib oyunçu hesab edir.

Fabian Ruiz ötən mövsüm parislilərin heyətində bütün turnirlərdə 54 matçda 5 qol vurub və 10 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı  yarımmüdafiəçinin dəyərini 40 milyon avro olaraq qiymətləndirib.