PSJ-nin futbolçusu Bundesliqa yolunda
10.06.2025 - 21:39

Almaniya Bundesliqası təmsilçilərindən "Bavariya" heyətini gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, komanda PSJ-nin üzvü Bredli Barkola ilə yaxından maraqlanır.
Bu barədə "Bild" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, Münhen klubu futbolçu üçün 60 milyon avronu gözdən çıxarıb.
Qeyd edək ki, 22 yaşlı fransalı bu mövsüm Paris təmsilçisinin heyətində iştirak etdiyi 58 rəsmi matçda 21 qol, 19 assistlə yadda qalıb.
0
0