PSV-dən azarkeşlərinə jest
11.03.2025 - 22:22
PSV-dən azarkeşlərinə jest

PSV Çempionlar Liqasının 1/8 finalında "Arsenal"a 1:7 hesablı məğlubiyyəti azarkeşlərə unutdurmaq istəyir.

Apasport.az xəbər verir ki, Eyndhoven klubu səfər matçını izləyəcək fanatların bilet xərclərini öz üzərinə götürüb.

Londonda keçiriləcək cavab qarşılaşmasına 3000-ə yaxın niderlandlı azarkeş yollanıb. PSV biletlərin əldə olunması üçün 208 min avro xərcləyib.

Qeyd edək ki, "Arsenal" - PSV matçı sabah saat 00:00-da start götürəcək.