"Qalatasaray"-"Beşiktaş" derbisinin hakimi bəlli olub
23.10.2024 - 14:11

Futbol üzrə Türkiyə Super Liqasının 10-cu həftəsinin hakimləri açıqlanıb.
Apasport.az xəbər verir ki, "Qalatasaray" - "Beşiktaş" derbisini Arda Kardeşler idarə edəcək.
Ceyhun Sesigüzel və Süleyman Özay onun köməkçiləri olacaq. Muhammet Ali Metoğlu isə matçın 4-cü hakimi funksiyasını yerinə yetirəcək.
FİFA lisenziyalı hakim karyerasında ilk dəfə bu derbidə fit çalacaq.
Qeyd edək ki, İstanbul derbisi 28 oktyabrda baş tutacaq.
0
0