"Qalatasaray"da Osimhen ŞOKU
17.09.2025 - 16:48
"Qalatasaray"da Osimhen ŞOKU

"Qalatasaray" sabah Çempionlar Liqasında mövsümə start verəcək.

Apasport.az xəbər verir ki, komanda "Ayntraxt"ın qonağı olacaq.

Lakin "sarı-qırmızılılar" Almaniyaya ciddi itki ilə yollanacaq. 

Belə ki, Viktor Osimhen Frankfurta aparılmayacaq. Buna səbəb nigeriyalı hücumçunun zədəsidir.

O, məşqlərdə iştirak etməsə də, klub rəhbərliyi ilə tibbi heyət arasında görüş keçirilib. Nəticədə həkimlər futbolçunun oynaya bilməyəcəyi qənaətinə gəliblər.

Qeyd edək ki, "Ayntraxt" - "Qalatasaray" matçı sabah 23:00-da start götürəcək.