"Qalatasaray"ın futbolçusu AVRO-2024-ü buraxacaq
16.05.2024 - 10:16
"Qalatasaray"ın futbolçusu AVRO-2024-ü buraxacaq

Avro-2024 öncəsi İtaliya milli komandasının heyətində ciddi itki baş verib.

Apasport.az xəbər verir ki, icarə əsasında "Aston Villa"da çıxış edən Nikolo Zaniolo sıradan çıxıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

24 yaşlı yarımmüdafiəçi ayağından zədə alıb. O, Avropa çempionatında İtaliya yığmasına kömək edə bilməyəcək.

Qeyd edək ki, Nikolo Zaniolo "Qalatasaray"a məxsusdur. "Sarı-qırmızılar" futbolçunu mövsümün əvvəlində "Aston Villa"ya icarəyə verib.

0