Rafinya Neymarı geridə qoydu
12.03.2025 - 13:07
Rafinya Neymarı geridə qoydu

“Barselona” Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Benfika”nı məğlub edib – 3:1.

Apasport.az xəbər verir ki, görüşdə kataloniyalıların qollarından birini Rafinya vurub.

O, bu mövsüm turnirdə 11-ci dəfə fərqlənib.

Rafinya turnir tarixində bir mövsümdə ən çox qol vuran braziliyalı oyunçu olub.

Daha əvvəl Rivaldo, Neymar, Kaka, Firmino və Jardel 10 qol vurub.