Ranyeri "Roma"dan ayrılır?
24.04.2026 - 11:12
Ranyeri "Roma"dan ayrılır?

İtaliya A Seriyası təmsilçisi “Roma”nın idarə heyətinin müşaviri Klaudio Ranyeri vəzifəsindən ayrılacaq.

Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, Ranyerinin komandadan ayrılmasına səbəb “canavarlar”ın baş məşqçisi Can Pyero Qasperini ilə yaşadığı münaqişədir.

ESPN nəşri bir müddət əvvəl hər iki mütəxəssis arasında klubun transfer siyasəti ilə bağlı fikir ayrılığı yarandığını bildirmişdi.

Qasperini bəzi oyunçuların çıxışından razı qalmadığını qeyd etmiş, 74 yaşlı funksioner isə bütün transferlərin baş məşqçi ilə razılaşdırıldığını vurğulamışdı.

Qeyd edək ki, Ranyeri 2025-ci ilin yayında “Roma”nın idarə heyətinin müşaviri vəzifəsinə təyin olunmuşdu.