“Real Madrid” rekordunu yeniləyib
18.04.2024 - 12:34

“Real Madrid” "Mançester Siti"ni məğlub edərək rekordunu yeniləyib.
Apasport.az xəbər verir ki, Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçında "Real Madrid" "Mançester Siti"ni məğlub edib. Oyun 1:1 hesabı başa çatsa da, penaltilər seriyasında “kral” klubunun futbolçuları üstün olublar (4:3).
İspaniya nəhəngi turnirin hazırkı çempionunu 6-cı dəfə məğlub edərək öz rekordunu yeniləyib.
Qeyd edək ki, Karlo Ançelottinin yetirmələri Çempionlar Liqasının yarımfinalında "Bavariya" ilə qarşılaşacaq.
0
0