"Roma" Sançeşlə bağlı qərar verib
05.05.2024 - 22:50

"Roma"da icarə əsasında çıxış edən yarımmüdafiəçi Renato Sançeş cari mövsümün sonunda PSJ-yə qayıdacaq.
Apasport.az xəbər verir ki, romalılar futbolçunu 15 milyon avroya tam transfer etmək hüququndan istifadə etməyəcək.
Parislilər yay "transfer pəncərəsi"ndə Sançeşi başqa kluba göndərmək variantlarını nəzərdən keçirəcək.
0
0