Ronaldo 950-yə çatdı: "Əl-Nəsr" dayanmır
26.10.2025 - 11:22
Ronaldo 950-yə çatdı: "Əl-Nəsr" dayanmır

“Əl-Nəsr” Səudiyyə Ərəbistanı Liqasında səfərdə Joao Feliks və Kristiano Ronaldonun qolları ilə “Əl-Hazem”i məğlub edib -2:0. 

Apasport.az xəbər verir ki, “Əl-Nəsr”in ulduzu Ronaldo bu matçda 1000 qol vurmağa bir addım da yaxınlaşıb.

Bu qolla portuqaliyalı futbolçu karyerasında 950-yə çatıb.

2023-cü ildən "Əl-Nəsr"də çıxış edən Ronaldo yayda müqaviləsini uzadıb.