Ronaldonu izləyənlərin sayı 1 milyarda çatdı
13.09.2024 - 10:54

“Əl Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo sosial şəbəkələrdə 1 milyard izləyici sayına çatıb.
Apasport.az xəbər verir ki, 39 yaşlı forvard bunu bacaran ilk şəxsdir.
Ronaldo sosial şəbəkələrdəki rekord göstəricisi barədə bunları yazıb:
“Biz tarix yazdıq – 1 milyard izləyici! Bu, sadəcə bir rəqəmdən daha çoxdur, bu, bizim ümumi təəşşüqümüzün, əzmimizin və oyuna və təkcə oyuna deyil, sevgimizin sübutudur”.
0
0