Ronaldunun komandası çempionluq fürsətini son anda itirdi
13.05.2026 - 09:17
Ronaldunun komandası çempionluq fürsətini son anda itirdi

Kriştianu Ronaldunun çıxış etdiyi “Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatının XXXIII turu çərçivəsində doğma meydanda “Əl-Hilal”la qarşılaşıb.

Apasport.az xəbər verir ki, gərgin keçən matçın əsas vaxtını meydan sahibləri üstün başa vurublar.

Lakin 90+8-ci dəqiqədə “Əl-Nəsr”in qapıçısı Bentonun avtoqolu görüşün yekun nəticəsini müəyyənləşdirib. Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Ev sahibləri bu nəticə ilə çempionluqlarını rəsmiləşdirə bilməyiblər.

Qeyd edək ki, turnir cədvəlinə 83 xalla “Əl-Nəsr” başçılıq edir. Ondan bir oyun az keçirən “Əl-Hilal” isə 78 xalla ikinci pillədə qərarlaşıb.