
Almaniya millisinin sabiq futbolçusu Dietmar Hamann İspaniya Kral Kubokunun finalında baş vermiş insidentdən sonra Antonio Rüdigerə qarşı sərt sanksiyalar tələb edib.
Apasport.az xəbər verir ki, sabiq futbolçu Rüdigerin davranışlarının qəbuledilməz olduğunu bildirib:
"Düşünürəm ki, o, millinin heyətindən çıxarılmalıdır. Rüdiger, UEFA Millətlər Liqasında yarımfinal oyununa dəvət edilməməlidir və heç bir matçda oynamamalıdır".
Qeyd edək ki, "Real Madrid" in əlavə vaxtda "Barselona"ya 3:2 hesabı ilə uduzduğu Kral Kubokunun finalında Antonio Rüdiger əvəzləndikdən sonra ehtiyat oyunçular skamyasından hakimə doğru buz torbası atıb. Bu hərəkətinə görə birbaşa qırmızı vərəqə alan futbolçu hakimi təhqir edib.