“Real”ın futbolçusu Antonio Rüdiger 12 oyunluq cəzalana bilər.
Apasport.az xəbər verir ki, buna səbəb onun İspaniya kubokunun "Barselona" ilə ötən gecə keçirilən final matçında (2:3) hakimə hücum etməsi və referiyə kənar əşya atmasıdır.
Matçın 111-ci dəqiqəsində əvəzlənən almaniyalı müdafiəçi epizodların birində görüşün baş hakiminə kəskin etiraz edib. Hakimin üzərinə getmək istəyən futbolçunu komanda yoldaşları sakitləşdirib.
Müdafiəçi qırmızı vərəqə alaraq meydandan qovulub.
İspaniya Futbol Federasiyası İntizam Komitəsi alman futbolçunu 4 oyundan 12 oyuna qədər diskvalifikasiya edə bilər.
- Aziz Yıldırımdan ilk təklif – Zeki Çelik ilə 3 illik müqavilə
- “Çelsi”dən Osimhen bombası – 130 milyon avro hazırdır
- Şenol Güneşdən “Beşiktaş” açıqlaması – “Sevgini itirmək istəmirəm”
- “Qalatasaray”dan hücumçu həmləsi – Kolo Muani üçün hərəkətə keçir
- “Tottenhem” Hekkedən "əl çəkmir" – De Zerbi keçiddə israrlıdır