Sane “Bavariya”da oynamağa DAVAM EDƏCƏK
12.06.2025 - 20:22
Sane “Bavariya”da oynamağa DAVAM EDƏCƏK

Türkiyə Super Liqası təmsilçilərindən “Qalatasaray” Almaniyanın “Bavariya” klubunun futbolçusu Leroy Sane ilə müqavilə imzalayıb.

Apasport.az xəbər verir ki, buna baxmayaraq, almaniyalı oyunçu Bundesliqa klubu ilə Klublararası Dünya Çempionatında iştirak edəcək.

Buna səbəb 29 yaşlı vingerin “Bavariya” ilə mövcud müqaviləsinin iyunun sonunda başa çatmasıdır.

Qeyd edək ki, Sane “sarı-qırmızılılar”la 3 illik müqavilə imzalayacaq.