“Seltik” yetirməsi ilə 5 illik müqavilə imzalayıb
11.06.2025 - 14:56
“Seltik” yetirməsi ilə 5 illik müqavilə imzalayıb

“Arsenal”ın futbolçusu Kiran Tirni karyerasını Şotlandiyada davam etdirəcək.

Apasport.az xəbər verir ki, cinah müdafiəçisi “Seltik”ə keçib.

Bu barədə Qlazqo təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

28 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Tirni “Seltik”in yetirməsidir. O, 2019-cu ildə klubdan ayrılmışdı.