"Seltik"də baş məşqçi dəyişikliyi
28.10.2025 - 09:18
"Seltik"də baş məşqçi dəyişikliyi

Şotlandiyanın “Seltik” klubunda baş məşqçi Brendan Rocers ilə yollar ayrılıb.

Apasport.az xəbər verir ki, bu barədə Qlazqo təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Komandanın uğursuz nəticələrinə görə Rocerslə müqaviləyə xitam verilib.

“Seltik”in “sükanı” komandanın keçmiş baş məşqçisi Martin Onilə tapşırılıb.

Qlazqo klubu Şotlandiya çempionatında 9 turdan sonra 17 xalla ikinci sıradadır.