"Sevilya"dan İtaliya çempionuna
20.08.2025 - 11:51

"Napoli" heyətini daha bir futbolçu ilə gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, klub "Sevilya"nın müdafiəçisi Xuanlu Sançeslə maraqlanır.
Bir neçə həftədir davam edən danışıqların yekunlaşmaq üzrə olduğu bildirilir.
Transferin 17 milyon avroya başa gəlməsi gözlənilir. İspaniya təmsilçisinin razılığından sonra Xuanlu tibbi müayinədən keçmək üçün Neapola yollanacaq.
Qeyd edək ki, Sançes 2024/25 mövsümündə "Sevilya"nın heyətində bütün turnirlərdə 35 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun Əndəlus klubu ilə müqaviləsi 2029-cu ilin iyununa qədərdir.
0
0