“Tottenhem”in futbolçusu İsraildə qalıb
17.06.2025 - 11:54

“Tottenhem”in futbolçusu Manor Solomon İsraildən ayrıla bilmir.
Apasport.az xəbər verir ki, ötən həftə toyu olduğu üçün ölkəsinə qayıdan forvard indi İranla müharibə səbəbindən orda qalıb.
İsrail iyunun 13-də hava məkanını bağlayıb və uçuşlar dayanıb.
Solomon başa çatan mövsümü “Lids”də icarədə keçirib. O, 39 oyunda 10 qol vurub, 12 məhsuldar ötürmə edib.
0
0