“Trabzonspor” türkiyəli mütəxəssislə razılaşdı
11.03.2025 - 00:28
“Trabzonspor” türkiyəli mütəxəssislə razılaşdı

Daha əvvəl bildirdiyimiz kimi, "Trabzonspor" baş məşqçisi Şenol Güneşlə yollarını ayırmışdı.

Apasport.az xəbər verir ki, komanda artıq türkiyəli mütəxəssisin əvəzedicisini tapıb.

Super Liqa təmsilçisinə bundan sonra Fatih Tekke başçılıq edəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Təcrübəli çalışdırıcı klubla rəsmi müqavilə imzalamaq üçün sabah Trabzona yollanacaq.

Qeyd edək ki, Fatih Tekke son olaraq "Alanyaspor"a rəhbərlik edib.