Türkiyə Super Liqasının XI turunda "Fənərbaxça" səfərdə "Trabzonspor"u məğlub edib.
Apasport.az xəbər verir ki, matçdan sonra "bordo-mavilər"in prezidenti Ertuğrul Doğan qarşılaşma ilə bağlı təəssüratlarını bölüşüb.
Mütəxəssis oyunun baş hakimi Oğuzhan Çakıra sərt reaksiya göstərib:
"Futbolçularımız lazımi mübarizəni göstərdilər. Amma meydançadan kənardakı şərəfsizlərə məğlub olduq. "Trabzonspor"a qarşı şərəfsizcə oynanılan oyun var. Açıq şəkildə deyirəm ki, bu oyun şərəfsizcə, tərbiyəsizcə bizə qarşı qurulub. Əlbəttə, bunun arxasında nə olduğunu bilirik. Azarkeşlər öz övladları ilə bu matça qələbə görmək üçün gəliblər, amma komanda buraya planlı şəkildə göndərilmiş şərəfsizə məğlub oldu".
Qeyd edək ki, "Trabzonspor" evdə "Fənərbaxça"ya 3:2 hesabı ilə məğlub olub.