Türkiyə Futbol Federasiyasının yeni prezidenti bu gün bəlli olacaq
18.07.2024 - 11:33

Türkiyə Futbol Federasiyası yeni prezidentini seçmək üçün Ankarada toplanacaq.
Apasport.az xəbər verir ki, Ankarada keçiriləcək növbədənkənar seçkilərlə bağlı Maliyyə Baş Assambleyası saat 11-də başlayacaq.
TFF -dən verilən açıqlamada Mehmet Büyükekşi, Servet Yardımcı və İbrahim Hacıosmanoğlunun namizədlik müraciətlərinin qəbul edildiyi bildirilib.
Sərvət Yardımcı iyulun 11-də verdiyi açıqlamada prezidentliyə namizədliyini geri götürdüyünü açıqlayıb
0
0