Vinisius klub səhmdarı olub
17.02.2025 - 23:49

"Real"ın futbolçusu Vinisius Junior yeni işə başlayıb.
Apasport.az xəbər verir ki, o, Portuqaliyanın "Alverka" klubunun səhmdarı olub.
2-ci divizionda çıxış edən klub Juniorun da daxil olduğu braziliyalı və ispaniyalı səhmdarların nəzarətinə keçib.
Bu, 10 milyon avroya başa gəlib.
Qeyd edək ki, "Alverka" 22 turdan sonra turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.
0
0