“Barselona”nın sol cinah müdafiəçisi Xordi Alba növbəti oyunlarda komandasına kömək edə bilməyəcək. Apasport.az-ın xəbərinə görə, bu barədə klub saytı məlumat yayıb.
Belə ki, 24 yaşlı futbolçu Çempionlar Liqasının 1/8 final mərhələsindəki (18 fevral) “Mançester Siti” matçında dizindən zədələnib. Onun zədəsinin ciddi olduğu deyilir. Ancaq Kataloniya klubu onu yaxın günlərdə ətraflı tibbi müayinədən keçirərək, nə vaxt yaşıl meydanlara qayıdacağını müəyyənləşdirməyə çalışacaq.
Qeyd edək ki, İspaniya millisinin də üzvü olan Alba 2012-ci ildə digər La Liqa təmsilçisi “Valensiya”dan “Barselona”ya keçib.
- “Bavariya”nın baş məşqçisi xəstəxanadan buraxıldı – Qayıdacağı tarix bəlli oldu
- Sergen Yalçının zənglərinə cavab verməyən futbolçular – TFF-dən açıqlama
- Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verdi
- “Qalatasaray” Braziliya millisinin üzvünü transfer etmək istəyir
- “Barselona” Ferminin qiymətini müəyyənləşdirdi