Hazırda icarə icarə əsasında “Yuventus”da çıxış edən “Soutqempton”un hücumçusu Pablo Osvaldo karyerasını Türkiyə Superliqasında davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, bu barədə “Eurosport” xəbər yayıb.
Belə ki, “Qalatasaray” 28 yaşlı futbolçuya elçi düşüb. Fildişi sahilli ulduzu Didye Droqbanın müqaviləsi mövsüm sonunda başa çatacağına görə, “sarı-qırmızılar” artıq onun yerini doldura biləcək forvard axtarışlarına start verib. İstanbul klubu baş məşqçisi Roberto Mançininin də ciddi şəkildə maraqlandığı Osvaldonu mövsüm sonu heyətinə qatmaq fikrindədir.
Qeyd edək ki, İtaliya millisinin də üzvü olan Argentina əsilli hücumçu ötən il “Roma”dan ingilis klubuna keçib.
- “Bavariya”nın baş məşqçisi xəstəxanadan buraxıldı – Qayıdacağı tarix bəlli oldu
- Sergen Yalçının zənglərinə cavab verməyən futbolçular – TFF-dən açıqlama
- Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verdi
- “Qalatasaray” Braziliya millisinin üzvünü transfer etmək istəyir
- “Barselona” Ferminin qiymətini müəyyənləşdirdi